Vahid Əhmədov: “Azərbaycan azad iqtisadi zonaların yaradılmasında Çin təcrübəsindən istifadə etməlidir”

Vahid Əhmədov: “Azərbaycan azad iqtisadi zonaların yaradılmasında Çin təcrübəsindən istifadə etməlidir”
# 01 iyul 2013 11:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Azərbaycan azad iqtisadi zonaların yaradılmasında Çinin təcrübəsindən yararlanmalıdır”. APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı, İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

O qeyd edib ki, Azərbaycan azad iqtisadi zonaların yaradılmasında Çinin təcrübəsindən istifadə edə bilər: “Azərbaycan xüsusi iqtisadi zonalar yaratmağı düşünür. Burada vergilər tamamilə azaddır və sahibkarlar azad şəkildə, müəyyən vergi rüsumlarından azad edilərək ticarətlə məşğul ola bilərlər. Belə zonaların yaradılmasında Çin dövlətinin təcrübəsindən istifadə etməkdə böyük fayda var. Bu baxımdan bu təcrübədən Azərbaycanın da istifadə etməsində böyük əhəmiyyət var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR