Kabil yaxınlığında hərbi bazada NATO əsgərlərinə atəş açan əfqan hərbçisi öldürülüb

Kabil yaxınlığında hərbi bazada NATO əsgərlərinə atəş açan əfqan hərbçisi öldürülüb
# 27 oktyabr 2013 04:48 (UTC +04:00)

Bakı-APA. Avstraliya hərbçiləri onlara atəş açan əfqan hərbçisini öldürüb. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Avstraliyanın Müdafiə Nazirliyi oktyabrın 26-da Kabil yaxınlığındakı hərbi bazada baş vermiş silahlı insidenti şərh edərkən bildirib.

Hələlik müəyyən olunmayan səbəbdən hərbçilər arasında yaranmış münaqişə atışma ilə nəticələnib. Məlumata görə, əfqan əsgərinin açdığı atəş nəticəsində 1 Avstraliya və 1 Yeni Zelandiya hərbçisi yaralanıb, cavab atəşi ilə Əfqanıstan hərbçisi öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR