Suriyada araşdırma aparan BMT missiyası bu ölkədə bir neçə dəfə kimyəvi silahdan istifadə edildiyini açıqlayıb

Suriyada araşdırma aparan BMT missiyası bu ölkədə bir neçə dəfə kimyəvi silahdan istifadə edildiyini açıqlayıb
# 13 dekabr 2013 08:40 (UTC +04:00)

APA-nın BMT mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, P. G. Mun hesabatla tanış olacağını və onu Baş Assambleya üzvlərinə təqdim edəcəyini, eləcə də dekabrın 16-da Təhlükəsizlik Şurasında brifinq keçirəcəyini söyləyib.

Qeyd edək ki, hesabat artıq BMT-nin tərksilah üzrə idarəsinin saytında dərc olunub. Hesabata əsasən BMT missiyası belə qənaətə gəlib ki, Suriyadakı münaqişə zamanı kimyəvi silahdan istifadə edilib. Sənəddə Suriya ərazisində aprelin 29-da, martın 19-da, avqustun 21-də və avqustun 24-də həm əsgərlərə, həm də dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə olunduğu bildirilib. Lakin kimyəvi silahın kim tərəfindən tətbiq edildiyi açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR