Dow Jones indeksi 0,6%, S&P 500 0,4%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,4%, Nasdaq 0,2% yüksəlib
# 26 mart 2014 07:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 16 368 bəndədək, S&P 500 0,4% - 1 866 bəndədək, Nasdaq 0,2% - 4 234 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə istehlakçıların etimadı indeksinin mart ayında 78,3 bənddən 82,3 bəndədək artması təsir edib. Eyni zamanda mənzil bazarı üzrə statistika proqnozları doğrultmayıb. Belə ki, ABŞ-da yeni evlərin satışı fevral ayında aylıq müqayisədə 3,3% azalıb və 440 minə bərabər olub.

Avropa fond bazarlarında martın 25-də FTSE 100 indeksi 1,3% - 6 605 bəndədək, Almaniya DAX-ı 1,6% - 9 338 bəndədək, Fransa CAC-40-ı isə 1,6% - 4 344 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 312,60 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3805 dollar (-0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR