Suriya kürdləri müvəqqəti hökumət yaradıb

Suriya kürdləri müvəqqəti hökumət yaradıb
# 12 noyabr 2013 20:13 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.

Agentliyin verdiyi xəbərə görə, bu bəyanat şimal-şərq ərazilərin islamçı qruplaşmalardan azad olunaraq kürd özünümüdafiə dəstələrinin nəzarətinə keçdikdən sonra verilib.

Qeyd edək ki, bundan əvvəl Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası da İstanbulda keçirilən toplantıda müvəqqəti hökumətin yaradılmasını elan edib.

Qeyd edək ki, Suriyanın 23 milyonluq əhalisinin 10 faizini təşkil edən kürdlər ölkənin neft mədənləri ilə zəngin olan, Türkiyə ilə həmsərhəd şimal-şərq bölgəsində yaşayırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR