Bakıda 5-ci mərtəbədən yerə düşən qadın ölüb

Bakıda 5-ci mərtəbədən yerə düşən qadın ölüb
# 08 oktyabr 2013 16:11 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda qadın beşinci mərtəbədən yıxılaraq ölüb. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əlyar Əliyev küçəsində yerləşən 9 mərtəbəli binada qeydə alınıb. Naməlum qadın binanın beşinci mərtəbəsindən həyətə düşərək ölüb.

Hadisənin motivləri haqda hələlik məlumat verilmir. Olay yerində polis və prokurorluq orqanlarının əməkdaşları iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR