Arzu Səmədbəyli: “İsa Qəmbər başqanlıqdan sonrakı dönəmdə də Müsavatın idarə edilməsində iştirak edəcək”

Arzu Səmədbəyli: “İsa Qəmbər başqanlıqdan sonrakı dönəmdə də Müsavatın idarə edilməsində iştirak edəcək”
# 02 noyabr 2013 13:21 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli deyib.

O qeyd edib ki, İsa Qəmbər dəfələrlə nizamnamənin dəyişməyəcəyini və dəyişəcəyi halda belə, ikinci dəfə namizədliyini irəli sürməyəcəyini xatırladıb: “Hər halda, bu, İsa Qəmbərin hüququ və nizamnamənin tələbidir”.

A.Səmədbəyli bəzi Müsavat funksionerləri tərəfindən İ.Qəmbərin vəzifəsindən gedəcəyi təqdirdə, partiyada istefalar olacağı barədə səsləndirilən fikirlərə də münasibət bildirib. O vurğulayıb ki, İ.Qəmbər yalnız başqanlıqdan gedəcək, partiyadakı fəaliyyətinə isə davam edəcək: “Yəni onun başqanlıqdan getməsi, partiyadan çıxması anlamına gələ bilməz. İsa Qəmbərin indiyə kimi partiyada hansı nüfuzu olubsa, başqan olmadığı dövrdə də bu davam edəcək. Partiyada o vaxt fəsadlar ola bilərdi ki, İsa Qəmbər partiyadan da çıxsın və bu, Müsavatın zəifləməsi ilə nəticələnə bilərdi. Bu baxımdan İsa Qəmbərin yalnız başqanlıqdan getməsi partiyanın zəifləməsinə səbəb ola bilməz. Sonrakı dövrdə də partiyanın inkişafında və idarə edilməsində İsa Qəmbər iştirak edəcək. Eyni zamanda funksionerlərin narahatlığı da aradan qaldırılacaq”.

Müsavat Məclisinin sədri başqanlığa namizəd olacağını da istisna etməyib: “Müsavat Partiyasının qurultayının vaxtı və yeri məlum olduqdan sonra, namizədlərin verilməsi və yarış başlayacaq. Mən indiyə qədər başqanlığa namizəd olacağımla bağlı bir fikir bildirməmişəm və qurultayın yeri və vaxtı müəyyən olunana kimi də bir fikir söyləmək istəmirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR