“İrəli” İctimai Birliyi “Səs ver” kampaniyası ilə bağlı mətbuat konfransı keçirib - FOTO - VİDEO

“İrəli” İctimai Birliyi “Səs ver” kampaniyası ilə bağlı mətbuat konfransı keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 08 oktyabr 2013 09:57 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi “İrəli” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səs ver” kampaniyası ilə bağlı mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, MSK Katibliyinin müdiri Rövzət Qasımov bildirib ki, “Səs ver” kampaniyası layihəsi gözləntilərdən də yaxşı nəticə verib: “Bizim ilk dəfə səs verəcək gənclərimiz var. Layihənin ən mühüm hissəsi sabah - səsvermə günü həyata keçiriləcək”.

“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev layihə haqda məlumat verib və əhəmiyyətindən danışıb: “Səs ver” kampaniyasının məqsədi qarşıdan gələn seçkilərdə gənclərin fəallığının artırılması, seçkilər zamanı səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir. Kampaniya çərçivəsində fəaliyyət göstərən www.sesver.az saytına bu günədək 650 min nəfər baxış keçirib. Digər tərəfdən, 140 mindən artıq sosial şəbəkələrdən də sayta giriş mümkün olub. 10-a yaxın ali təhsil müəssisəsində və bölgələrdə (Biləsuvar, Qobustan və digər) “Səs ver” təlimləri keçirilib, məlumatlandırıcı kitablar hazırlanıb, “Səs ver” Çağrı Mərkəzi fəaliyyətə başlayıb”.

R.Mərdiyev xatırladıb ki, 5 milyondan artıq seçicinin 2 milyonu, yəni 40%-i gənclərdir. Onların 500 mini prezident seçkilərində ilk dəfə səs verəcək ki, bu da ümumi seçicilərin 10%-ni təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR