Bakıda bankın girovluğunda olan avtomobillərin satılması faktının üstü açılıb

Bakıda bankın girovluğunda olan avtomobillərin satılması faktının üstü açılıb
# 21 noyabr 2013 10:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda dələduzluq faktının üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nəsib Gülməmmədov və Cəbrayıl rayon sakini Mirbaba Səfərovun “Bank of Baku” ASC-nin ipoteka müqaviləsi ilə girov altında olan 3 ədəd “Kia-Optima”, 1 ədəd “Kia-Sorento”, 1 ədəd “Jeep Grand Cherokee” və 1 ədəd “Hyundai” markalı avtomobillərin “Bank of Baku” ASC-nin adından Baş Dövlət Yol Polisinin ünvanına saxta məktublar tərtib etməklə həmin avtomobilləri girovdan çıxarmaları və aldatma yolu ilə digər şəxslərə satmaları müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR