“Ədalətli seçkilər uğrunda” Seçki Texnologiyalarının İnkişafına Yardım Təşkilatı rəyini açıqlayıb - FOTO

“Ədalətli seçkilər uğrunda” Seçki Texnologiyalarının İnkişafına Yardım Təşkilatı rəyini açıqlayıb - <span style="color: red;">FOTO
# 10 oktyabr 2013 07:44 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “Ədalətli seçkilər uğrunda” Seçki Texnologiyalarının İnkişafına Yardım Beynəlxalq İctimai Təşkilatının (For Fair Election) müşahidə qrupu Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı rəyini açıqlayıb. APA-nın məlumatına görə, qrupun rəhbəri Sergey Mirzoyev bildirib ki, seçkilər acıq və şəffaf şəkildə keçib: “Bu seçki çox ədalətli və şəffaf şəkildə keçirildi. Müşahidələrimiz bunu göstərir".

Müşahidə qrupunun üzvü Mişel Hohendahi müşahidə apardıqları məntəqələrdə heç bir qanun pozuntusu aşkarlanmadığını söyləyib: “Bütün nəticələri biz leqal və legitim sayırıq".

Qrupun üzvü Anna Curdova da seçkilərin şəffaflığını təsdiqləyib: “Avropa ölkələrində seçkilərdə bu qədər yüksək faiz yoxdur. Seçicilərə minnətdarıq ki, onlar gəlib iştirak etdilər. Məntəqələrin seçicilərin evlərinə yaxın olması da çox yaxşı hal idi".

Qrupun digər üzvü Vladimir Driml səsvermə zamanı şəhərdə aktivlik hiss olunduğunu vurğulayıb: “Mənim şəxsi fikrim budur ki, seçkilər çox demokratik, şəffaf, ədalətli şəkildə keçirildi. Azərbaycan prezidentini təbrik edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR