Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər 2014-cü ildə qüvvəyə minəcək

Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər 2014-cü ildə qüvvəyə minəcək
# 30 oktyabr 2013 16:37 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Azərbaycandakı müvəqqəti işlər vəkili Toralf Pils deyib. O bildirib ki, readmissiya haqqında sazişin hazırlanması yekunlaşma mərhələsindədir və tam hazır olması üçün bir qədər vaxt tələb olunur: “Bütün paket 2014-cü ildə qüvvəyə minəcək”.

Xatırladaq ki, Azərbaycan və AB viza rejiminin sadələşdirilməsi barədə sazişi paraflayıblar. Sənədin imzalanmasından sonra Azərbaycan vətəndaşlarının Şengen vizası alması qaydaları sadələşəcək, viza üçün ödənən rüsum azalacaq və s...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR