YAP-ın Quba təşkilatının inzibati binasının açılışı olub

YAP-ın Quba təşkilatının inzibati binasının açılışı olub
# 18 sentyabr 2013 15:42 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. APA-nın xəbərinə görə, binanın tikintisinə ötən ilin sonlarında başlanıb və bu ilin sentyabrında başa çatdırılıb. Ümumilikdə inzibati bina 10 otaq, konfrans və iclas zalından ibarətdir.

Prezident İlham Əliyev otaqlarda yaradılan şəraitlə tanış olub. Binadakı 80 nəfərlik akt zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Məlumat verilib ki, partiyanın rayon təşkilatının 6 min üzvü var. Təşkilatın sıraları əsasən gənclər hesabına ildən-ilə artır. Hazırda partiya üzvlərindən 2200-ü gənclərdir. Qadınların sayı isə 1800-dür.

Dövlət başçısı daha sonra Qubanın Qırmızı qəsəbəsində yeni salınmış Heydər bağında yaradılan şəraitlə tanış olub və qəsəbə sakinləri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR