Suriyadan kimyəvi silahların çıxarılması prosesi apreldə yekunlaşacaq

Suriyadan kimyəvi silahların çıxarılması prosesi apreldə yekunlaşacaq
# 06 mart 2014 08:01 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. BMT missiyasının və kimyəvi silahların qadağan olunması təşkilatının rəhbəri Siqrid Kaaq BMT Təhlükəsizlik Şurasında Suriyadan zəhərləyici maddələrin çıxarılması ilə bağlı hesabat verib.

APA-nın məlumatına görə, iclasdan sonra S.Kaaq jurnalistlərə açıqlamasında bildirib ki, Suriyadan kimyəvi maddələrin bir hissəsi dəniz yolu ilə çıxarılıb.

Onun sözlərinə görə, bu vaxtadək Suriyadan kimyəvi silah ehtiyatının 1/3 hissəsini çıxarmaq mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR