Moldova və Rusiyadan olan müşahidəçilər: Seçicilərin sıxlığı bəzi problemlər yaradıb

Moldova və Rusiyadan olan müşahidəçilər: Seçicilərin sıxlığı bəzi problemlər yaradıb
# 10 oktyabr 2013 08:59 (UTC +04:00)

APA-nın məlumatına görə, missiyaya Moldova və Rusiya parlamentlərini təmsil edən 3 deputat daxil olub.

İctimai Palatanın sədri, politoloq Sergey Markov deyib ki, müşahidəçilərin fəaliyyəti Azərbaycan və beynəlxalq qanunlara uyğun keçirilib: “Seçki məntəqələrdə lazımı şərait yaradılıb, minə yaxın məntəqələrdə veb-kameralar quraşdırılıb, ərazi seçki komissiyaların tərəfindən səhhəti ilə bağlı seçkilərə gələ bilməyən insanlar üçün şərait yaradılıb. Müşahidələr zamanı bəzi nöqsanlar aşkar edilib, məsələn, bəzi seçki məntəqələrində seçicilərin sıxlığı vardı ki, bu da bəzi problemlər yaradıb. Bir seçki məntəqədə “exit-poll” elə məntəqənin içində keçirilib və s. Lakin bu hallar az-az müşahidə olunub və seçkilərin gedişatına, səslərin hesablanmasına təsir etməyib. Seçkilər ümumən Azərbaycanın seçki qanunlarına və demokratik normalara uyğun keçirilib”.

S.Markov eyni zamanda İlham Əliyevi prezident postuna yenidən seçilməsi münasibətilə təbrik edib. Onun sözlərinə görə, müxalifət yenidən birliyini nümayiş etdirə bilməyib və güclü lider yerinə zəif namizədini irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR