Ötən il Azərbaycanda muzdla çalışan işçilərin əmək haqqı 7% artıb

Ötən il Azərbaycanda muzdla çalışan işçilərin əmək haqqı 7% artıb
# 24 yanvar 2014 14:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6% artaraq 419,0 manat təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 293,5 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 338,9 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR