Allahşükür Paşazadə: “Yas mərasimlərində qadın məclislərindən xəbərimiz yoxdur”

Allahşükür Paşazadə: “Yas mərasimlərində qadın məclislərindən xəbərimiz yoxdur”
# 13 may 2014 09:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Yas mərasimində mərsiyə oxuyanlarla bağlı iş görmək lazımdır. Qadınlara orada nə deyirlər, bilinmir”.

APA-nın verdiyi məlumata görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib.

H.Rəcəbli QMİ-nin bu sahəyə nəzarət etməli olduğunu vurğulayıb.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə də qadın məclislərindən xəbərləri olmadıqlarını bildirib: “Böyük bacım kənddə yaşayır, orucluqda kəndə getmişdim. Gördüm ki, bir çaynik aparır. Dedim ki, orucluqda niyə çay aparırsan? Dedi ki, mərsiyə oxuyan belə istəyir. Biz bu məsələyə gələcəkdə diqqət yetirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR