Milli Məclisin mətbuat mərkəzi yeni avadanlıqlarla təchiz olunub - FOTO - VİDEO

Milli Məclisin mətbuat mərkəzi yeni avadanlıqlarla təchiz olunub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 30 yanvar 2014 12:54 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisində telefon və noutbuk qadağasından sonra parlament jurnalistləri arasında yaranan narazılıqdan sonra qurumun mətbuat mərkəzi yeni texniki avadanlıqlarla təchiz olunub.

MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, mətbuat mərkəzi yeni 14 kompüterlə təchiz edilib, mərkəzdə əlavə olaraq telefon, faks aparatları, printer və plenar iclası otaqdan izləmək üçün yeni plazma televizorlar yerləşdirilib: “Parlamentin plenar iclasını izləmək üçün jurnalistlərə bütün imkanlar yaradılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR