XİN rəbhəri: “Suriya özünü müdafiə etmək üçün əlindən gələni edəcək”

XİN rəbhəri: “Suriya özünü müdafiə etmək üçün əlindən gələni edəcək”
# 22 yanvar 2014 11:15 (UTC +04:00)

APA – nın məlumatına görə, bunu “Cenevrə-2” konfransının açılışında Suriya xarici işlər naziri Valid əl-Muallim deyib.

“Bu, Suriya və onun xalqının qərarıdır”, - deyə o vurğulayıb.

V. Muallim həmçinin Suriya müxalifətini dəstəkləyən və silahlandıran qüvvələrə də səslənib: “Əgər siz doğrudan da Suriyadakı humanitar durumdan narahatsınız, onda imkan verin iş görək, terrorçulara hərbi dəstəyi dayandırın, sanksiyaları aradan qaldırın. Sonra gəlin siyasətlə məşğul olaq, onda Suriyada hər şey yaxşı olacaq”.

Suriya XİN başçısı konkret ölkələrin adlarını çəkməsə də, qeyd edib ki, onların məqsədi terrorçuluğun ixracı vasitəsilə Suriyanı dağıtmaqdır.

V. Muallim həmçinin qərb ölkələrinin KİV-lərini Bəşər Əsəd hökumətinin hərbi cinayətləri barədə yalan məlumat yaymaqda ittiham edib.

Konfransda Suriya müxalifətini təmsil edən Suriya Milli Koalisiyasının rəhbəri Əhməd Carba isə bəyan edib ki, müxalifət qüvvələri “Cenevrə-2” konfransının uğurla yekunlaşması üçün əlindən gələni edəcək.

“Suriya müxalifəti daxilində növbədənkənar seçkilərin keçirilməsinin zərurəti haqda danışanda, bu, reallıqdır. Biz görüşün uğurlu keçməsi üçün səylərimizi əsirgəməyəcəyik”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR