Suriyanın Homs şəhərində 37 nəfər partlayış nəticəsində ölüb

Suriyanın Homs şəhərində 37 nəfər partlayış nəticəsində ölüb
# 29 aprel 2014 17:40 (UTC +04:00)

Bakı-APA. Suriyanın Homs şəhərində avtomobilin partladılması nəticəsində 37 nəfər ölüb, onlarla insan yaralanıb. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, partlayış ölkə prezidenti Bəşər Əsədin mənsub olduğu ələvilərin yaşadığı məhəllədə baş verib.

Bundan əvvəl paytaxt Dəməşqin mərkəzi minaatanlardan atəşə tutulub, iki mərmi Texniki institutun binasına dəyib. Nəticədə 12 nəfər həlak olub.

Qeyd edək ki, Bəşər Əsəd ötən gün iyunun 3-nə planlaşdırılmış prezident seçkilərinə namizədliyini irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR