Strasburqda “Probasiya xidmətinin yaradılması” mövzusunda dəyirmi masa təşkil edilib

Strasburqda “Probasiya xidmətinin yaradılması” mövzusunda dəyirmi masa təşkil edilib
# 06 dekabr 2013 15:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Fransanın Strasburq şəhərində “Probasiya xidmətinin yaradılması” mövzusunda Avropa Şurasının İnsan Hüquqları və Qanunvericilik Baş Direktorluğu tərəfindən dəyirmi masa təşkil edilib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-y verilən məlumata görə, tədbirdə Azərbaycanı Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi Rafiq Ramazanov təmsil edib.

Tədbirdə iştirakçı dövlətlər tərəfindən probasiya xidmətinin yaradılması istiqamətində görülən işlərin təqdimatı keçirilib, digər ölkələrdə probasiya xidmətinin yaradılmasının hüquqi əsasları, eləcə də iştirakçı dövlətlərdə probasiya xidmətinin təşkili məqsədilə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsinin zəruriliyi barədə fikir mübadilələri aparılıb, elektron slaydlar nümayiş etdirilib. Eyni zamanda probasiya xidmətinin strukturu və funksiyaları, cinayətlərin residivinin qarşısının alınması məqsədilə hüquq pozucularının sosial inteqrasiyalarına dəstək göstərilməsində probasiyanın rolu barədə müzakirələr aparılıb, İştirakçı ölkələrin nümayəndələrinin çoxsaylı sualları Avropa Şurasının İnsan Hüquqları və Qanunvericilik Baş Direktorluğunun nümayəndələri tərəfindən cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR