Azərbaycanın boru kəmərləri ilə neftin nəqli azalıb

Azərbaycanın boru kəmərləri ilə neftin nəqli azalıb
# 23 oktyabr 2013 11:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 32,5 mln. ton neft nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% azdır.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin 9 ayında bu kəmər vasitəsilə 24,6 mln. ton neft ötürülüb.

Hesabat dövrü ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 2,1 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

Bu müddət ərzində magistral qaz kəmərləri ilə 14,6 mlrd. kubmetr qaz nəql edilib. Bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,5% çoxdur.

Nəql edilmiş qazın 21,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3,1 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR