BDU-da xarici tələbələrin məzun günü keçirilib - FOTO

BDU-da xarici tələbələrin məzun günü keçirilib - <span style="color: red;">FOTO
# 10 iyun 2014 16:24 (UTC +04:00)

Bakı - APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) xarici tələbələrin məzun günü keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən universitetin Xarici tələbələrlə iş üzrə dekanı, dosent Gülheyran Rəhimova universitet həyatında artıq ənənə halını alan məzun gününün əhəmiyyətini vurğulayıb.

Türkiyə, İran, Koreya və Çinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrindən danışan G.Rəhimova BDU-nun dünyanın bir sıra ali məktəbləri ilə müxtəlif sahələrdə sıx əməkdaşlığından, xarici ölkə universitetlərinin elm, təhsil, İKT sahəsindəki təcrübəsinin öyrənilməsindən bəhs edib. Qeyd edib ki, universitetdə dünyanın 4 müxtəlif ölkəsindən təhsil alan 99 xarici tələbə bu il məzun olaraq işgüzar həyata atılacaq.

Məzunları təbrik edən G.Rəhimova təlim-tərbiyə prosesində əldə etdiyi göstəriciləri və ictimai fəallığı ilə seçildiyinə görə 18 tələbəni təşəkkürnamə ilə mükafatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR