«Bank Technique» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb

«Bank Technique» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb
# 26 iyul 2013 08:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında «Bank Technique» ASC-nin adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanılıb. Birjadan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 15 245 ədəd, emissiyanın ümumi həcmi isə 15 245 000 manat təşkil edir.

Yerləşdirmə zamanı mövcud olan səhmdarlar üçün üstünlük hüququ nəzərdə tutulur. Üstünlük hüququnun müddəti avqustun 15-də bitəcək. Yerləşdirmədə anderrayter rolunda «Texnika Capital Management» MMC çıxış edəcək.

Qeyd edək ki, səhmlərin yerləşdirilməsi başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 23,6% artaraq 80 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR