“Xromadsk TV” iki əməkdaşının azad olunmasını təsdiq edib

“Xromadsk TV” iki əməkdaşının azad olunmasını təsdiq edib
# 02 iyul 2014 23:43 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, iyulun 2-də qondarma “Luqansk xalq respublikasının” başçısı Valeri Bolotov Ukraynalı jurnalistləri azad etdiyini bəyan etmişdi.

Bolotov vurğulayıb ki, jurnalistlər heç bir fiziki və psixoloji təzyiqə məruz qalmayıblar.

Bundan əvvəl Rusiyanın aparıcı telekanallarının rəhbərləri Konstantin Ernst (ORT), Oleq Dobrodeyev (VQTRK) və Vladimir Kulistikov (NTV) qondarma respublikanın başçısına müraciət edərək həmkarlarını azad etməyə çağırmışdılar.

Xatırladaq ki, iyunun 30-da saxlanılan media nümayəndələri casusluqda ittiham edilirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR