ADA-da "Asiyaya doğru" adlı layihənin təqdimat sessiyası keçirilib

ADA-da "Asiyaya doğru" adlı layihənin təqdimat sessiyası keçirilib
# 19 iyun 2014 09:32 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Asiyaya doğru" (Capstone) adlı layihənin təqdimat sessiyası keçirilir.

"APA-Economics"in xəbərinə görə, ADA-nın Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə təhsil alan magistratura proqramının tələbələri Asiya regionunun biznes imkanlarını araşdırmaq məqsədilə tədqiqat layihəsi çərçivəsində bu ilin mart ayında Vyetnam, Monqolustan və Yaponiyaya səfər ediblər.

Vyetnam və Monqolustan səfərlərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) iki nümayəndəsi də iştirak edib. Tələbələr həmin ölkələrin iqtisadi, siyasi, sosial və mədəni həyatlarını araşdırıb, toplanmış məlumatlar əsasında müvafiq ölkə profilləri və bu profillərə uyğun olaraq Azərbaycanın həmin ölkələrdə potensial biznes imkanları dəyərləndirilib.


Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, bu gün Azərbaycanın qeyd edilən bu üç ölkə üzrə 27 mütəxəssisi var: “Bu regionda biznes qurmaq istəyən iş adamları həmin ölkələri hərtərəfli öyrənən tələbləri tapmaqlarını tövsiyə edirəm. Hesab edirəm ki, "Capstone" layihəsi bundan sonra da davam etməlidir. Bundan əvvəl tələbələr Cənubi Afrikada olublar. Bundan sonra isə ola bilsin, Latın Amerikası və ya başqa ölkələrdə olsunlar. Bu ölkələrdə iş qurmağa maraq göstərən iş adamları üçün bu tələbələr çox yaxşı sərmayədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR