Qəbələ sakininin intihar cəhdinin qarşısı alınıb

Qəbələ sakininin intihar cəhdinin qarşısı alınıb
# 20 yanvar 2014 17:12 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Nohurqışlaq kəndində 1 nəfər kişinin intihar məqsədilə ağaca çıxması barədə məlumat daxil olub.

Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülmüş tədbirlər nəticəsində intiharın qarşısı alınıb.

Vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR