İran Fars körfəzi ölkələrinin nüvə əməkdaşlığı təşkilatının yaradılmasını təklif edib

İran Fars körfəzi ölkələrinin nüvə əməkdaşlığı təşkilatının yaradılmasını təklif edib
# 17 yanvar 2014 16:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Fars körfəzi ölkələrinin nüvə əməkdaşlığı təşkilatının yaradılmasını təklif edib.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bildirib. O deyib ki, Cenevrə razılaşmasının icrası ilə Qərbin İranın dinc nüvə fəaliyyətləri ilə bağlı yaranmış narahatçılığı aradan qaldırılacaq: “İran da Fars körfəzi ölkələrin bununla bağlı narahatçılığını aradan qaldırmaq üçün belə bir qurumun yaradılmasına hazırdır. Biz dəfələrlə öz ekspertlərimizin Fars körfəzi ölkələrinin ekspertləri ilə məsləhətləşmələr üçün hazır olduğunu bildirib. Eyni zamanda onların İranın cənubunda yerləşən Buşəhr Atom-Elektrik Stansiyasının təhlükəsizliyi barədə elmi və texniki məsləhətləşmələr aparmasını məqsədəuyğun saymışıq”.

Vitse-prezident qeyd edib ki, Buşəhr AES ən müasir stansiyasıdır: “Bu stansiyada təhlükəsizlik baxımdan da Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, habelə rus və iranlı ekspertlərin tövsiyələri və nəzarətləri altında bütün lazımi addımlar atılıb”.

Ə.Ə.Salehi vurğulayıb ki, beynəlxalq müfəttişlər İranın Cenevrə razılaşmasının icrasına necə riayət etdiyini təsdiqləmək və ona nəzarət etmək üçün yanvarın 18-də Tehrana gələcəklər.

Vitse-prezident bildirib ki, İran yeni nəsil sentrifuqaların istehsalı ilə bağlı fəaliyyətlərini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR