Səhiyyə Nazirliyi və AMEA-dakı yoxlamaların nəticələri dövlət qurumlarına və parlamentə təqdim olunacaq

Səhiyyə Nazirliyi və AMEA-dakı yoxlamaların nəticələri dövlət qurumlarına və parlamentə təqdim olunacaq
# 16 aprel 2014 13:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Hesablama Palatasının Kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ayrılan vəsaitlərin icrası, həmçinin dövlət büdcəsinin “Elm” köməkçi bölməsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə, “Təhsil” bölməsi üzrə Mingəçevir Politexnik İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri üzrə üzrə hesabatlar və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.


Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatın qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisinə təqdim olunması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR