Pakistanda qatar məktəbliləri daşıyan rikşanı vurub, sürücü və səkkiz şagird ölüb

Pakistanda qatar məktəbliləri daşıyan rikşanı vurub, sürücü və səkkiz şagird ölüb
# 26 noyabr 2013 16:41 (UTC +04:00)

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində sürücü və səkkiz uşaq ölüb.

Yerli “Geo” TV televiziya kanalının məlumatına əsasən, daha bir neçə məktəbli xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır olaraq qalır. Hadisə qurbanları 5-15 yaşlı uşaqlardır.

Polisin məlumatına görə, rikşa yaxınlaşan qatarı görməyərək, dəmiryol keçidinə çıxıb. Rikşa relslər üzərində ilişib, məktəblilər rikşadan düşməyə macal tapmayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR