İsveçrə parlamentinin yuxarı palatasının sədri: “İyirmi il ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması diplomatiyanın uğursuzluğudur”

İsveçrə parlamentinin yuxarı palatasının sədri: “İyirmi il ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması diplomatiyanın uğursuzluğudur”
# 01 iyul 2013 13:23 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. “İyirmi il ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etməsi və problemin hələ də öz həllini tapmaması diplomatiyanın uğursuzluğudur”.

APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan İsveçrə parlamentinin yuxarı palatası - Kantonlar Şurasının sədri Filippo Lombardi jurnalistlərə açıqlamasında deyib.

F. Lombardi 2014-cü ilin çox əhəmiyyətli il olduğunu vurğulayıb: “2014-cü ildə İsveçrə ATƏT-ə, Azərbaycan isə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək. Ona görə də iki ölkə arasında əlaqələrin genişlənməsi vacibdir. Gələn il İsveçə ATƏT-in sədri olaraq dondurulmuş münaqişələrin, o cümlədən Qarabağ probleminin həllində əlindən gələni etməyə hazırdır. Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verilməsi ən böyük əhəmiyyət kəsb edən məsələdir. İsveçrə ondan nə asılıdırsa, o addımı atmağa hazırdır”.

F. Lombardi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun oktyabr-noyabr aylarında İsveçrəyə səfər edəcəyini, Bern və Cenevrə şəhərlərində olacağını deyib. Onun sözlərinə görə, İsveçrə xarici işlər nazirinin də Azərbaycana səfəri planlaşdırılır. Bu səfər İsveçrənin ATƏT-ə sədrliyi ilə bağlı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR