Dow Jones indeksi 0,9%, S&P 500 0,9%, Nasdaq 1,0% enib

Dow Jones indeksi 0,9%, S&P 500 0,9%, Nasdaq 1,0% enib
# 08 oktyabr 2013 07:04 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 14 936 bəndədək, S&P 500 0,9% - 1 676 bəndədək, Nasdaq 1,0% - 3 770 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikası hələ də büdcə problemlərinin həll olunub-olunmamasının təsiri altında qalır. Büdcə ilə bağlı hələ də kompromis əldə olunmayıb. Belə ki, prezident administrasiyası Konqresdən dövlət borcunun limitinin artırılmasını tələb edir, Respublikaçılar isə əksinə, büdcə xərclərinin azaldılmasını tələb edir.

Avropa fond bazarlarında oktyabrın 7-də FTSE 100 indeksi 0,3% - 6 437 bəndədək, Almaniya DAX-ı 0,4% - 8 592 bəndədək enib, Fransa CAC-40-ı isə 0,03% - 4 166 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,0% artaraq 1 325,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3561 dollar (-0,04%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR