Göygöldə zəncirvarı qəza baş verib, xəsarət alanlar var

Göygöldə zəncirvarı qəza baş verib, xəsarət alanlar var
# 19 mart 2014 08:45 (UTC +04:00)

Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, 4 avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə dünən axşam saatlarında Gəncə-Daşkəsən yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü Natiq Həsənov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Gəncə istiqamətinə hərəkətdə olarkən eyni istiqamətə gedən Yusif Məmmədovun idarə etdiyi “VAZ 21011” markalı avtomobili ötüb keçmək istəyib. Bu zaman idarəetməni itirən sürücü avtomobili yolun kənarında dayanan Gəncə sakini Bəxtiyar Cəfərova məxsus “VAZ 2107” və Pərviz Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub. Nəticədə hər dörd avtomobilə ciddi ziyan dəyib. Bundan başqa, ötmə əməliyyatı yerinə yetirən sürücü Natiq Həsənov və Bəxtiyar Cəfərov ağır dərəcəli xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətlərinin ağır olduğunu bildirirlər. İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR