İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə və Binəqədi RPİ-nin saxlanma yerinə başçəkmələr həyata keçirilib

İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə və Binəqədi RPİ-nin saxlanma yerinə başçəkmələr həyata keçirilib
# 24 oktyabr 2013 14:18 (UTC +04:00)


Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə (İHOSM) və Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə (MSY) başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələr zamanı MPQ üzvləri İHOSM-da saxlanılan 27 nəfərlə görüşüb, onlara göstərilən rəftar və saxlanılma şəraitini araşdırıblar. Saxlanılan şəxslər müəssisədəki saxlanılma şəraiti və rəftarla bağlı şikayət etməmişlər. Eyni zamanda inzibati həbs olunan Məmmədov Zaur Nazim oğlu tutularkən kobud rəftara məruz qaldığını bildirib.

Binəqədi RPİ-nin MSY-də saxlanılan şəxslərlə söhbət zamanı onlar rəftarla bağlı şikayət etməsələr də, araşdırma zamanı saxlanılma şəraiti və sənədləşmə ilə bağlı bir sıra nöqsanlar aşkar olunub.

Ombudsman başçəkmələrin nəticəsi ilə bağlı Daxili işlər nazirinə məktubla müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR