Bakıda iki maşın toqquşub, yolda uzun tıxac yaranıb - FOTO - VİDEO

Bakıda iki maşın toqquşub, yolda uzun  tıxac yaranıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 iyun 2014 00:28 (UTC +04:00)

APA TV-nin məlumatına görə, yol-nəqliyyat hadisəsi Babək prospektində qeydə alınıb.

Elşən Ağayev "Mercedes" markalı avtomobillə "Maşın bazarı" istiqamətində hərəkətdə olarkən Ehtiram Məmmədovun idarə etdiyi "BMW X5" markalı maşını arxadan vurub. Qəza anında BMW arxaya doğru hərəkət edirmiş. Sürücülər öz aralarında günahın kimdə olması ilə bağlı razılığa gələ bilməyiblər. Hadisə yerinə gələn yol polisi əməkdaşları ilkin araşdırma aparsalar da, qəzanın səbəblərinə araşdırmanın yekununda aydınlıq gətiriləcəyini bildiriblər.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Qəzaya uğrayan avtomobillərin Babək prospektində yolun ortasında qalması hərəkətin gur vaxtında uzun tıxaca səbəb olub.

Yol polisi əməkdaşları ətrafdakıların köməkliyi ilə qəzaya uğrayan avtomobilləri yolun kənarına çəkdikdən sonra prospektdə nəqliyyatın normal hərəkəti tədricən bərpa olunub.

Faktla bağlı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR