Gəncədə bir ailənin iki üzvü dəm qazından zəhərlənib

Gəncədə bir ailənin iki üzvü dəm qazından zəhərlənib
# 10 mart 2014 12:53 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində ana və qızı dəm qazından zəhərlənib. Bu barədə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın Qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1959-cu il təvəllüdlü Çiçək Qafarova və qızı 1995-ci il təvəllüdlü Şəlalə Qafarova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Tibbi müdaxilədən sonra onların həyatını xilas etmək mümkün olub. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, ana və qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR