Azərbaycan prezidenti: “Avropa İttifaqı ilə əlaqələr bizim üçün prioritetdir”

Azərbaycan prezidenti: “Avropa İttifaqı ilə əlaqələr bizim üçün prioritetdir”
# 14 iyun 2014 12:37 (UTC +04:00)

Bakı - APA. “Biz planlarımız və görülmüş işlər barədə çox yaxşı müzakirələr apardıq. Avropa İttifaqı ilə əlaqələr bizim üçün prioritetdir. Çox şadam ki, bu əlaqələr uğurla inkişaf edir. Sizin köməyinizlə biz çox sürətlə irəli getməyə müvəffəq olduq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə keçirilən geniş tərkibdə görüşdə deyib.

İ. Əliyev bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr bir çox sahəni - siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrini əhatə edir: “Biz yaxşı tərəfdaşlar kimi çox fəal işləyirik. Biz əvvəllər də görüşlər keçirmişik - Bakıda, Brüsseldə, başqa yerlərdə. Mən əməkdaşlığımızın səviyyəsindən çox razıyam. Ümidvaram ki, səfərinizdən sonra bu əməkdaşlıq daha da genişlənəcək, daha çox sahələri əhatə edəcək və inkişaf edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR