Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “Mehdi Ordusu” Suriyada vətəndaş müharibəsində iştirak edəcək

Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “Mehdi Ordusu” Suriyada vətəndaş müharibəsində iştirak edəcək
# 17 dekabr 2013 07:53 (UTC +04:00)

Bakı - APA. Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “Mehdi Ordusu” Suriyada vətəndaş müharibəsində iştirak edəcək.

APA-nın mignews.com saytına istinadən verdiyi məlumata görə, İraqda şiələrin ən nüfuzlu dini xadimlərindən sayılan ayətulla Kazım əl-Xayeri şiələrin Suriyada prezident Bəşər Əsəd tərəfində vuruşmasına icazə verən fətva verib.

İranın Qum şəhərində yaşayan ayətulla Kazım əl-Xayeri Müqtəda əs-Sədrin dini rəhbəridir. O bildirib ki, Suriyada müharibə Məhəmməd peyğəmbərin nəticəsi Səidə Zeynəbin məqbərəsinin müdafiəsi uğrunda deyil, bu, kafirlərin İslama qarşı döyüşüdür və İslamı qorumaq lazımdır. Ayətulla Kazım əl-Xayeri Suriyada ölənlərin şəhid olduğunu vurğulayıb.

Qeyd edək ki, Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “Mehdi Ordusu” 2003-cü ildə İraqın işğalından sonra ABŞ ordusuna qarşı ciddi müqavimət göstərib. İmam Əlinin məqbərəsinin yerləşdiyi Nəcəfdə qanlı döyüşlər zamanı ayətulla Sistani ABŞ ordusu və Müqtəda əs-Sədr arasında vasitəçilik edərək qarşıdurmaya son qoyub. 4 il İranda yaşayan Müqtəda əs-Sədr daha sonra ölkəyə dönüb və siyasi mübarizəyə qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR