Gürcüstanın Dmanisi rayonunda zəlzələ olub

Gürcüstanın Dmanisi rayonunda zəlzələ olub
# 26 oktyabr 2013 12:05 (UTC +04:00)

Bakı – APA. Bu gün Gürcüstanda zəlzələ baş verib. APA-nın “Qruziya Online” xəbər portalına istinadən verdiyi məlumata görə, İlya Çavçavadze Dövlət Universitetinin seysmoloji monitorinq mərkəzi zəlzələnin Dmanisi şəhərindən 15-17 km kənarda qeydə alındığını və yeraltı təkanlarının gücünün 3,5 bal olduğunu açıqlayıb. Ciddi dağıntı və tələfat yoxdur.

Qeyd edək ki, Dmanisi azərbaycanlıların çoxluqda olduğu rayonlardan biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR