Sahibkarlığa Kömək Milli Fondu İmişli sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır

Sahibkarlığa Kömək Milli Fondu İmişli sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır
# 11 fevral 2014 09:44 (UTC +04:00)

Bakı - APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İmişli rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

SKMF-dən “APA-Economics”ə verilən məlumata görə, İmişli rayonu üzrə sahibkarlıq subyektlərindən kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistik mərkəzin yaradılması, müasir çörək zavodunun yaradılması, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması, intensiv bağçılıq təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR