Şaxtalı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib

Şaxtalı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib
# 31 yanvar 2014 08:52 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakıda havaların kəskin soyuması və güclü qarın yağmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanının iş rejimində dəyişikliklər olmayıb. Təyyarələr hərəkət cədvəlinə uyğun olaraq aviareysləri yerinə yetirir. Bunu «APA-Economics»ə paytaxt aeroportundan bildiriblər.

Qeyd edək ki, yanvarın 30-dan başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib, intensiv qar yağır, gecə saatlarında çovğun müşahidə olunub, havanın hərarəti mənfi zonaya qədər enib. Bəzi yerlərdə qar örtüyünün hündürlüyü 52 sm təşkil edib. Hazırda bir çox bölgələrdə güclü külək əsir.

Havanın minimal temperaturu Abşeron yarımadasında Selsi cədvəli üzrə -5-3, Aran rayonlarında -5-2, dağlıq rayonlarda -8-5, Naxçıvan MR-da -5-0 dərəcədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR