Ədliyyə naziri Hacıqabulda qəbul keçirib - FOTO - VİDEO

Ədliyyə naziri Hacıqabulda qəbul keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 20 iyun 2014 09:49 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Ədliyyə naziri Fikrət Məmmədov Hacıqabul rayonunda qəbul keçirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəbulda Hacıqabul, Neftçala, Sabirabad və Salyan rayonları, habelə Şirvan şəhərində yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılıb.

Qaldırılan məsələlərin bəziləri yerində öz həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün nazir tərəfindən göstərişlər verilib. Eyni zamanda ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlər və müraciətlər dinlənilib və bu müraciətlər aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR