DGK: Azərbaycan-Rusiya sərhədində gərginlik tam aradan qaldırılıb - VİDEO

DGK: Azərbaycan-Rusiya sərhədində gərginlik tam aradan qaldırılıb - <span style="color: red;">VİDEO
# 07 noyabr 2013 12:11 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitənin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda vətəndaşların qayıdışı və yüklərin daşınması ilə bağlı Azərbaycan-Rusiya sərhədində elə bir növbə yoxdur: «Mən dünən axşam sərhədlə əlaqə saxlamışam və bu problemin aradan qaldırıldığı deyilib».

A.Əliyev bildirib ki, həmçinin Azərbaycanın Rusiya ilə Samur gömrük keçid məntəqəsinin maneəsiz işləməsi üçün danışıqlar aparılır: «Samur gömrük keçid məntəqəsində Rusiya tərəfindən postun rəhbərliyi dəyişdirilib. Yeni post rəhbəri ilə görüş keçirilib. Artıq sərhədin maneəsiz işləməsi üçün danışıqlara başlanılıb».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR