İsrail raket atəşinə cavab olaraq Qəzza zolağına hava zərbələri endirib

İsrail raket atəşinə cavab olaraq Qəzza zolağına hava zərbələri endirib
# 03 yanvar 2014 03:30 (UTC +04:00)

Bakı-APA. İsrail Hərbi-Hava Qüvvələrinə (HHQ) məxsus təyyarələr fələstinli silahlıların raket atəşinə Qəza zolağında yerləşən gizli raket qurğularına zərbələr endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail müdafiə ordusunun mətbuat xidməti məlumat yayıb.

Hər iki tərəfdə ölən və yaralananlar barədə məlumat yoxdur.

Qeyd edək ki, bu 2014-cü ildə Fələstin ərazisindən həyata keçirilən ilk raket atəşidir. İsrail tərəfinin məlumatına görə, 2013-cü ildə Qəzza zolağından İsrail ərazisinə 36 raket atılıb, daha 3 raket isə “Dəmir günbəz” raketdən müdafiə sistemi tərəfindən vurulub.

Qeyd edək ki, zərbələr ABŞ dövlət katibi Con Kerrinin münaqişə bölgəsinə səfəri ərəfəsinə təsadüf edib. Səfər çərçivəsində Con Kerrinin İsrail və Fələstin liderləri ilə görüşü nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR