Rafiq Tağının qətli ilə bağlı cinayət işinin dayandırılması barədə qərardan məhkəməyə şikayət edilib

Rafiq Tağının qətli ilə bağlı cinayət işinin dayandırılması barədə qərardan məhkəməyə şikayət edilib
# 06 mart 2014 12:50 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, iş üzrə icraatın dayandırılması barədə qərardan məhkəməyə şikayət ediblər. Lakin məhkəmənin başlama vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub.

Bir müddət əvvəl isə cinayət işi üzrə icraat dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR