BDU-da Qurtuluş Günü qeyd edilib

BDU-da Qurtuluş Günü qeyd edilib
# 14 iyun 2013 16:40 (UTC +04:00)

Bakı - APA. Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. BDU-dan APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 20 il bundan əvvəl xalq Heydər Əliyevin hakimiyyətə qayıdışına nail ola bildi, o isə öz növbəsində Azərbaycan xalqını düşdüyü bəlalardan, rastlaşdığı problemlərdən qurtardı.

Rektor H. Əliyevin dövlətin möhkəmlənməsində və dünyada tanınmasında tarixi xidmətlərini vurğulayıb, onun siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylə.

Sonra Milli Məclis sədrinin 1-cü müavini Ziyafət Əsgərov, deputatlar Ziyad Səmədzadə, Musa Qasımlı və tələbə Yavər Məmmədova Qurtuluş günü ilə bağlı fikirlərini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR