Azərbaycan aqraq sektorda sığortanın təkmilləşdirilməsi sahəsində Türkiyənin təcrübəsini öyrənir

Azərbaycan aqraq sektorda sığortanın təkmilləşdirilməsi sahəsində Türkiyənin təcrübəsini öyrənir
# 20 iyun 2013 10:58 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan kənd təsərrüfatının sığortalanması mexanizmini təkmilləşdirmək üçün Türkiyənin təcrübəsini öyrənir. «APA-Economics»in məlumatına görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirib.

Onun sözlərinə görə, hazırda yerli sığorta şirkətləri aqrar sahədəki sığorta xidmətlərinə o qədər də maraq göstərmir: «Bu da onunla əlaqədardır ki, sığorta sektoru ənənəvi olaraq çox zərərli sahədir və ildən ilə bu zərərin məbləği fərqlənə bilər».

Xidmət rəhbəri bildirib ki, Azərbaycanda aqrar sığorta ilə bağlı tarixçə, statistika və bu sektorun zərərliyi barədə dəqiq məlumat olmadığına görə, beynəlxalq bazarlarda aqrar sahənin təkrar sığortasını əldə etmək də çətin və baha başa gəlir. Buna görə də sığorta şirkətləri bu sahənin sığortasına maraq göstərmir.

Vəziyyəti dəyişmək üçün hökumət bu sahədə Türkiyənin təcrübəsini öyrənir. N.Xəlilovun sözlərinə görə, dövlətlə sığorta şirkətlərinin sıx əməkdaşlığını nəzərdə tutan bu sistem özünü doğruldur: «Düşünürəm ki, biz də təxminən bu prinsiplərə əsaslanan sistemə keçsək, bu, Azərbaycanda kənd təsərrüfatının sığortasına böyük təkan verəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR