Azərbaycanda elektron imza xidmətlərinin tarifləri aşağı salınıb

Azərbaycanda elektron imza xidmətlərinin tarifləri aşağı salınıb
# 30 aprel 2014 14:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda elektron imza xidmətləri üçün yeni tariflər müəyyənləşdirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, yeni tariflərə əsasən, elektron imzanın qiyməti əhali üçün 18 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 36 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün 72 manat təyin edilib.

Bu tariflərə 3 illik elektron imza xidmətləri, elektron imza daşıyıcısı olan smart kart və 3 il ərzində vaxt göstəricilərinin qeyd olunması xidmətindən limitsiz istifadə daxildir.

Dövlət strukturları üçün elektron imzanın qiyməti isə 80 manat təşkil edir. Bu tarifə elektron imza üçün 3 illik tam xidmətlərlə yanaşı, kart oxuyucusu (cardreader) da daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR