Suriyada bazarda törədilmiş güclü partlayış nəticəsində 8 nəfər ölüb

Suriyada bazarda törədilmiş güclü partlayış nəticəsində 8 nəfər ölüb
# 14 iyun 2014 17:26 (UTC +04:00)

Bakı-APA. Suriyanın İraqla həmsərhəd Mayadin şəhərinin mərkəzi bazarında güclü partlayış törədilib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 8 nəfər ölüb, çoxlu sayda yaralı var.

Partlayışın Suriya və İraq ərazisində döyüşlərdə iştirak edən “Suriya və Levanta İslam Dövləti” radikal qruplaşma tərəfindən törədildiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR