İran XİN rəhbəri: "Nüvə proqramı üzrə son razılaşma 6 ay ərzində əldə oluna bilər"

İran XİN rəhbəri: "Nüvə proqramı üzrə son razılaşma 6 ay ərzində əldə oluna bilər"
# 03 fevral 2014 18:31 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Berlində səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Biz bunu iyula kimi edə bilərik və etməliyik. Mən hətta düşünürəm ki, bu tarixdən də əvvəl biz razılaşmaya gələ bilərik”, deyə Zərif bildirib.

Qeyd edək ki, İranın xarici işlər idarəsinin başçısı Almaniyanın xarici siyasət cəmiyyətinin təşkil etdiyi tədbirdə çıxış edib.

Məhəmməd Cavad Zərif qeyd edib ki, İran nüvə proqramını sülh məqsədləri üçün həyata keçirir və məqsədi nüvə silahı əldə etmək deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR