Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi 60% artıb

Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi 60% artıb
# 30 dekabr 2013 07:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsinin real həcmi 1,6 dəfə artaraq 2 289,2 min manat olub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, elektron ticarət üzrə istehlak mallarının satışının 83%-i hüquqi şəxslər, 17%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin ticarət subyektləri tərəfindən həyata keçirilib.

Hesabat dövründə elektron ticarət dövriyyəsinin 89,6%-ni təşkil edən qeyri-ərzaq mallarının satışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə artaraq 2 050,8 min manata bərabər olub. Elektron ticarət əsasında istehlakçılara 238,4 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çox ərzaq malları satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR